Sual 4: Bəzi haram olan alış-verişlərin və müamilələrin növlərini zikr et!

Cavab:

1- Aldatmaq. Bura həmçinin müştəridən malın eyibini gizlətmək də daxildir.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bazarda bir buğda yığımının yanından keçərkən əlini o buğda yığımının içinə saldı. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) barmaqları yaş olduqda: "Ey buğda sahibi bu nədir?"- deyə soruşdu. Buğda sahibi də: "Ey Allahın Elçisi yağışa görə islanmışdır"- deyə cavab verdi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona: "İslanmış buğdanı insanların görmələri üçün üstə qoya bilməzdin? Bizi aldatan bizdən deyildir"- dedi. Bu hədisi Müslim rəvayət etmişdir.

2- Sələm (faiz) almaq. Bura həmçinin bir insandan min dinar borc alıb, iki min dinar qaytarmaq da daxildir.

Qaytardıqda artıq verilən pul, haram olunan sələmdir.

Uca Allah buyurur: ﴾Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir﴿. (əl-Bəqərə surəsi, ayə: 275).

3- Aldanmaq və cəhalət. Bura qoyunun sağılmamış südünü satmaq, ovlanmamış, suda üzən balığı satmaqda daxildir.

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) "Əldə olmayan malı satmağı qadağan etmişdir". Bu hədisi Müslim rəvayət etmişdir.