Cavab: 1- Pislikləri əmr edən nəfs. Bu, insanın, Uca Allaha ası olmaqda nəfsinin istəklərinə və öz havasına tabe olduqda baş verir. Uca Allah bu barədə belə buyurur: ﴾Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir﴿. (Yusuf surəsi, ayə: 53). 2- Şeytan - Adəm övladının düşmənidir. Onun məqsədi - insanı azdırmaq, şər işlərdə ona vəsvəsə vermək və onu Cəhənnəmə salmaqdır. Uca Allah bu barədə belə buyurur: ﴾Şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir﴿. (əl-Bəqərə surəsi, ayə: 168). 3- Pis yoldaşlar: O kəslərdir ki, insanı şər əməllərə təhrik edir və xeyir əməllərə mane olur. Uca Allah buyurur: ﴾O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər﴿. (əz-Zuxruf surəsi, ayə: 67).