Sual 19: Səhər və axşam zikrlərdən hansılarını edirsən?

Cavab: 1- Kürsü ayəsini oxuyuram: «اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ» [Allahu lə iləhə illə huva-l-hayyu-l-Qayyum lə təxuzuhu sinətun va lə naum ləhu mə fi-s-səməvati va mə fi-l-ardı mən zə-l-ləzi yəşfəu indəhu illə bi iznihi yaləmu mə beynə əydihim va mə xalfəhum va lə yuhıtunə bişeyin min ilmihi illə bimə şəə vasia kursiyyuhu-s-səməvati va-l-ardı va lə yəuduhu hıfzıhumə va huva-l-Aliyyul-Azım] ﴾Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur﴿. (əl-Bəqərə surəsi, ayə: 255). «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə﴿. 1- «قُلْ هُوَ اللَّهُ أَحَدٌ» [Qul huvallahu əhəd] ﴾De: “O Allah Təkdir!﴿. 2- «اللَّهُ الصَّمَدُ» [Allahu-s-saməd] ﴾Allah Möhtac deyildir﴿. 3- «لَمْ يَلِدْ وَلَمْ يُولَدْ» [Ləm yəlid valəm yuləd] ﴾O, nə doğub, nə doğulub,﴿. 4- «وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ» [Valəm yəkun ləhu kufuvan əhəd] ﴾Onun bənzəri də yoxdur”﴿. Üç dəfə. «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə﴿. 1- «قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ» [Qul əuzu birabbi-l-fələq] ﴾De: Sığınıram sübhün Rəb­binə!﴿ 2- «مِنْ شَرِّ مَا خَلَقَ» [Min şərri mə xaləq] ﴾Məxluqatının şərindən﴿ 3- «وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ» [Vamin şərri ğasiqin izə vaqab] ﴾Çökən zülmətin şərindən﴿ 4- «وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ» [Vamin şərri-n-nəffəsəti fi-l-uqad] ﴾Düyünlərə üfürən (cadugər) qa­dın­la­rın şərindən﴿ 5- «وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ» [Vamin şərri həsidin izə həsəd] ﴾Və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!﴿ Üç dəfə. «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə﴿. 1- «قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ» [Qul əuzu birabbi-n-nəs] ﴾De: “Sığınıram insanların Rəbbinə,﴿. 2- «مَلِكِ النَّاسِ» [Məliki-n-nəs] ﴾insanların Hökmdarına,﴿. 3- «إِلَهِ النَّاسِ» [İləhi-n-nəs] ﴾insanların məbuduna!﴿. 4- «مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ» [Min şərri-l-vasvasi-l-xannəs] ﴾Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən﴿. 5- «الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ» [Əlləzi yuvasvisu fi suduri-n-nas](O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır,﴿. 6- «مِنَ الْجِنَّةِ وَالنَّاسِ» [Minə-l-cinnəti va-n-nəs] ﴾cinlərdən də (olur), insanlardan da!﴿. Üç dəfə. «اللهم أنت ربي لا إله إلا أنت، خلقتني وأنا عبدك، وأنا على عهدك ووعدك ما استطعت، أعوذ بك من شر ما صنعت، أبوء لك بنعمتك علي، وأبوء بذنبي، فاغفر لي، فإنه لا يغفر الذنوب إلا أنت» [Allahummə, əntə rabbi lə iləhə illə əntə, xaləqtəni va ənə abdukə, va ənə alə ah­dikə va vadikə mə-s-tətatu, əuzu bikə min şərri mə sanə'tu. Əbuu ləkə bini'məti­kə aleyyə, va əbuu bizənbi. Fəğfir li fə­ innə­hu lə yəğfiru-z-zunubə illə əntə] "Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Sənə verdiyim vədi və əhdi bacardıqca yerinə yetirəcəyəm. Sənin yaratdıqlarının şərindən Sənə sığınıram. Mənə verilən neməti Sənə qaytarıram və öz günahlarımı etiraf edirəm. Məni bağışla. Səndən başqa günahları bağışlayan yoxdur!". Hədisi əl-Buxari rəvayət etmişdir.