Sual 6: Əmanətin növləri hansılardır və bunu misal çəkərək izah et?

Cavab:

1- Uca Allahın haqlarını qorumaqda olan əmanət.

Buna misal: Namaz, zəkat, oruc, həcc və s. bu kimi Uca Allahın bizə vacib etdiyi ibadətləri lazımı qaydada yerinə yetirmək.

2- Məxluqatın haqlarını qorumaqda olan əmanət. Buna misal olaraq aşağıdakıları çəkmək olar:

- İnsanların namus və heysiyyatını qorumaq.

- İnsanların mallarını qorumaq.

- İnsanların qanlarını qorumaq.

- İnsanların sirlərini və həmçinin sənə əmanət etdikləri hər bir şeyi qorumaq.

Uca Allah nicat tapan kimsələrin sifətlərini vəsf edərək belə buyurur: ﴾O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar﴿. (Muminun surəsi, ayə: 8).