Cavab: Qorxaqlıq, qoxulması lazım olmayan bir şeydən qorxmaqdır.
Məsələn: Haqq sözü deməkdən və pisliyi inkar etməkdən qorxmaqdır.
Şücaət: Haqqı müdafiə etməkdir. Məsələn: İslamı və müsəlmanları müdafə etmək məqsədi ilə cihad meydanlarına atılmaq.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) duasında belə deyərdi: «اللَّهُمَّ إنِّي أعوذُ بكَ من الجُبنِ...» [Allahummə, inni əuzu bikə minəl-cubni] "Allahım, qorxaqlıqdan Sənə sığınıram!" Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Qüvvətli mömin, zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Hər ikisində də xeyir vardır". Bu hədisi Müslim rəvayət etmişdir.