Sual 27: İsrafçılıq, xəsislik və səxavət nədir?

Cavab: İsrafçılıq: Malı lazımsız yerə xərcləməkdir.

Bunun əksi isə xəsislik. Xəsislik: Malı lazım olan yerə xərcləməməkdir.

Doğru mövqe isə bunların arasında orta bir yol tutmaqdır, belə ki, müsəlman səxavətli olmalıdır.

Uca Allah buyurur: ﴾Onlar (mallarını )xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar﴿. (əl-Furqan surəsi, ayə: 67).