Cavab: Qəzəbin iki növü vardır. 1- Təqdirəlayiq qəzəb. Bu, kafirlərin, münafiqlərin və onlardan qeyrilərinin Uca Allahın haram etydiyi əməlləri edərkən, Allah üçün qəzəblənməkdir.
2- Məzəmmət olunan (qınalınan) qəzəb. Bu qəzəb, insanı deyilməsi və edilməsi qadağan olan sözü deməyə və qadağan olan əməli etməyə vadar edən qəzəbdir.
Məzəmmət olunan qəzəbin müalicəsi:
1- Dəstəmaz almaq.
2- Ayaq üstədirsə oturmaq, oturmuş haldadırsa uzanmaq.
3- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə olan "Qəzəblənmə" vəsiyyətinə əməl etmək.
4- Qəzəbləndikdə öz nəfsinə hakim olmaq.
5- «أعوذ بالله من الشيطان الرجيم» [Əuzu billəhi minəş-şeytanir-racim] "Lənətlənmiş şeytandan Allaha sığınıram!" deyərək, şeytandan Allaha sığınmaq.
6- Susmaq.