Cavab: Tənbəllik: Xeyir işi etməyə və ya insanın etməsi vacib olan bir əməli etməyə səhlənkar yanaşmasıdır.
Buna, Uca Allahın vacib etdiyi əməllərə tənbəlliklə yanaşmağı misal çəkmək olar.
Uca Allah buyurur: ﴾Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər﴿. (ən-Nisa surəsi, ayə: 142).
Mömin: tənbəllikdən, səhlənkarlıqdan, hərəkətsizlikdən və s. bu kimi xoşagəlməz sifətlərdən uzaq olmalı və bu dünyada Uca Allahın razı qalacağı işlərdə ciddi olaraq səy göstərməlidir.