Cavab: Qeybət: Qardaşın yanında olmadığı zaman onun barəsində xoşlamadığı bir şeyi danışmağındır.
Uca Allah buyurur: ﴾... bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir﴿ (əl-Hucurat surəsi, ayə: 12).