Sual 20: Haram olan təkəbbürlüyün növləri hansılardır?

Cavab: 1- Haqqa qarşı təkəbbürlü olmaq. Bu, haqqı inkar etmək və haqqı qəbul etməməklə olur.

2- İnsanlara qarşı təkəbbürlü olmaq. Bu, insanlara xor, alçaq nəzərlə, saymazcasına davranmaqla olur.

Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Qəlbində misqal zərrəsi qədər kibir olan kimsə Cənnətə girməyəcəkdir". Bu zaman bir kişi Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun): "İnsan paltarının və ayaqqabısının gözəl olmasını istəyir" dedi. Bunun cavabında Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə dedi: "Allah gözəldir, gözəlliyi sevər. Kibir, haqqı inkar etmək və insanlara xor baxmaqdır". Bu hədisi Müslim rəvayət etmişdir.

- Haqqı inkar etmək, yəni: haqqı qəbul etməməkdir.

- İnsanlara xor baxmaq, yəni: İnsanlara alçaq nəzərlə, saymazcasına müamilə etməkdir.

- İnsan paltarının və ayaqqabısının gözəl olmasını istəməsi, heç də insanın təkəbbürlü olması anlamında deyil.