Sual 19: Təvazökarlığın tərifi nədir?

Cavab: Təvazökarlıq - İnsanın özünü başqalarından üstün görməməsi, insanları alçaltmaması və haqqı inkar etməməsidir.

Uca Allah buyurur: ﴾Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər﴿. (əl-Furqan surəsi, ayə: 63). Yəni: Yer üzündə təvazökarlıqla gəzərlər. Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə buyurur: "Kim Allah üçün təvazökarlıq edərsə Allah onu ucaldar". Bu hədisi Müslim rəvayət etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: "Allah mənə vəhy edərək buyurmuşdur ki, təvazökar olun, bir-birinizə qarşı öyünməyin və bir-birinizə qarşı azğınlıq etməyin". Bu hədisi Müslim rəvayət etmişdir.