Cavab: Həsəd: Başqasında olan hər hansı bir nemətin getməsini arzulamaq yaxud da hər hansı bir nemətin başqasında olmasını istəməmək.
Uca Allah buyurur: ﴾Və həsəd apardığı zaman paxılın şərindən!﴿. (əl-Fələq surəsi, ayə: 5).
Ənəs ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun!". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.