Sual 15: Sevginin növləri hansılardır?

Cavab: Uca Allaha qarşı olan sevgi.

Uca Allah buyurur: ﴾İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür﴿. (əl-Bəqərə surəsi, ayə: 165).

Allahın Elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun) qarşı olan sevgi.

Bu barədə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Nəfsim əlində olan Allaha and olsun ki, sizdən biri məni atasından və övladından çox sevmədikcə iman gətirmiş olmaz". Hədisi əl-Buxari rəvayət etmişdir.

Möminlərə qarşı olan sevgi. Bu, öz nəfsinə xeyri istədiyin kimi möminlərə də istəməklə olur.

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Sizdən biri öz nəfsinə istədiyini qardaşına istəmədikcə iman gətirmiş olmaz". Hədisi əl-Buxari rəvayət etmişdir.