Cavab: Həyanın növləri aşağıdakılardır: 1- Allahdan həya etmək. Bu, Uca Allaha qarşı asilik etməməklə olur.
2- İnsanlardan həya etmək. Bu, insanlarla pis və ədəbsiz sözlərlə danışmağı tərk etməklə və insanlar yanında övrət yerini açmamaqla olur.
Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "İman yetmişdən çox şöbədən ibarətdir. İmanın ən yüksək mərtəbəsi - Lə iləhə illəllah sözüdür. Ən aşağı dərəcəsi isə yolda əziyyət verən maneəni uzaqlaşdırmaqdır. Həya da imanın şöbəsindəndir". Başqa bir hədisdə isə: «İman altmışdan artıq şöbədən ibarətdir". Bu hədisi Müslim rəvayət etmişdir.