Cavab: Bu, insanların öz aralarında haqq və xeyir işlərdə yardımlaşmasıdır.
Buna nümunə olaraq aşağıdakıları misal çəkmək olar:
- Haqqları yerinə yetirmək üçün yardımlaşmaq.
- Məzluma kömək etmək üçün yardımlaşmaq.
- İnsanların və miskinləri ehtiyaclarını ödəmək üçün yardımlaşmaq.
- Hər bir xeyir əməldə yardımlaşmaq.
- Günah, əziyyət və düşmənçilik etmək kimi işlərində yardımlaşmamaq
Uca Allah buyurur: ﴾Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.﴿ (əl-Maidə surəsi, ayə: 2). Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Möminlər bina kimidir. Biri, digərini gücləndirər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə belə demişdir: "Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah da onun ehtiyacını ödəyər. Kim bir müsəlmanı sıxıntıdan qurtararsa, Allah da onun Qiyamət gününün sıxıntılarından qurtarar. Kim bir müsəlmanın eybini örtərsə, Allah da Qiyamət günü onun eyiblərini örtər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.