Sual 10: Səbrin növləri hansılardır?

Cavab: Səbrin üç növü vardır. Bunlar aşağıdakılardır: 1- Uca Allaha itaətdə səbr etmək.

2- Asiliklərə səbr etmək.

3- Allahın acı qədərlərinə səbr etmək və hər bir halda Allaha həmd-səna etmək.

Uca Allah buyurur: ﴾Allah səbr edənləri sevir!﴿ (Ali-İmran surəsi, ayə: 146). Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə belə demişdir: "Möminin işi təəccüblüdür. Çünki hər işi onun üçün bir xeyirdir. Bu, başqasına deyil, yalnız möminə aiddir. Əgər ona razı qaldığı şey gəlsə, şükür edər, bu onun üçün xeyirli olar. Əgər bir zərər gələrsə səbr edər, bu da onun üçün xeyirli olar". Bu hədisi Müslim rəvayət etmişdir.