Cavab: 1- Evdən sol ayağımla çıxıb və: «بسم الله، توكلت على الله، لا حول ولا قوة إلا بالله، اللهم إني أعوذ بك أن أَضلَّ أو أُضلَّ، أو أَزلَّ أو أُزلَّ، أو أَظلمَ أو أُظلمَ، أو أَجهلَ أو يُجهل علي». [Bismilləh, təvakkəltu aləllahi va lə havlə va lə quvvatə illə billəh. Allahummə inni əuzu bikə ən ədıllə, av udallə, av əzillə, av uzəllə, av azlimə, av uzləmə, av əchələ, av yuchələ aleyyə] "Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allahdadir! Allahım! Doğru yoldan azmaqdan və ya azdırılmaqdan, çaşmaqdan və ya çaşdırılmaqdan, zülm etməkdən və ya zülmə məruz qalmaqdan, cahil olmaqdan və ya mənə qarşı cahillik edilməsindən Sənə sığınıram" zikrini deyirəm. 2- Evə sağ ayağımla daxil olub və: «بسم الله ولجنا، وبسم الله خرجنا، وعلى ربنا توكلنا» [Bismilləhi valəcnə va bismilləhi xaracnə va alə Rabbinə təvakkəlnə] "Allahın adı ilə girdik, Allahın adı ilə çıxdıq və Rəbbimizə təvəkkül etdik!" zikrini deyirəm.
3- Evə daxil olduqda ilk öncə misvakdan istifadə edirəm və sonra isə ev əhlinə salam verirəm.