Cavab: 1-Tez yatıram.
2- Dəstəmazlı olaraq yatıram.
3- Üzü üstə yatmıram.
4- Sağ tərəfim üzərində və sağ əlimi sağ yanağımın altına qoyaraq yatıram.
5- Çarpayıma daxil olmazdan əvvəl çarpayımı əlim ilə təmizləyirəm.
6- Kürsü ayəsini bir dəfə, İxlas, Fələq və Nəs surələrini isə üç dəfə oxuyaraq yatağa girərkən edilən zikrləri oxuyuram və «باسمك اللهم أموت وأحيا» [Bismikə, Allahummə əmutu va əhyə] "Allahım! Sənin adınla ölür və dirilirəm!" deyirəm.
7- Fəcr namazına oyanıram.
8- Yuxudan oyandıqdan sonra bu zikri edirəm: «الحمد لله الذي أحيانا بعدما أماتنا وإليه النشور» [Əlhəmdulilləhi-l-ləzi əhyənə bə'də mə əmətənə və ileyhi-n-nuşur] "Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır".