Sual 3: «Bir gün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) hüzurunda oturmuşduq ...» hədisini tamamla və bu hədisin bəzi faydalarını zikr et!

Ömər ibn Xəttab (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) hüzuruda oturmuşduq, bu zaman paltarı ağappaq, saçları zil qara, üzərində heç bir səfər əlaməti olmayan və aramızda heç kəsin tanımadığı bir adam gəlib, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanında oturub, iki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üstünə qoyub dedi: «Ey Muhəmməd! Mənə İslam haqqında xəbər ver». Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «İslam, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etməyin, namaz qılmağın, zəkat verməyin, ramazan orucunu tutmağın, imkan olduqda isə Allahın evi - Kəbəni ziyarət edərək həcc etməyindir» deyə buyurdu. (Adam:) «Doğru söylədin» dedi. (Ömər) dedi ki, biz o adama təəccüb etdik. Həm sual verir, həm də onun söylədiklərinin doğru olduğunu təsdiqləyirdi. O yenə: «Mənə iman haqqında xəbər ver» deyərək soruşdu. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «(İman) Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyir və şərinin Allahdan olmasına inanmağındır» deyə buyurdu. (Adam:) «Doğru söylədin. Mənə ehsan haqqında xəbər ver» dedi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «(Ehsan) Allaha, Onu görürmüş kimi ibadət etməyindir. Sən Onu görməsən də, O, səni görür» deyə buyurdu. (Adam:) «Mənə Qiyamət haqqında xəbər ver!» dedi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «Bu haqda soruşulan soruşandan çox bilmir» deyə buyurdu. (Adam:) «Onda mənə onun əlamətləri haqqında xəbər ver» dedi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «Qul qadının öz ağasını doğduğunu, ayaq yalın, çılpaq çobanların hündür bina tikməkdə bir-birləri ilə yarışdıqlarını görəcəksən» deyə buyurdu. (Ömər) dedi ki, sonra o adam çıxıb getdi. Bir müddətdən sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə belə dedi: «Ey Ömər! O sual verənin kim olduğunu bilirsənmi?». Mən: Allah və Rəsulu daha yaxşı bilir deyə cavab verdim. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «O Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdir» dedi. Bu hədisi Müslim rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

1- İslamın beş əsasının qeyd edilməsi. Bunlar aşağıdakılardır:

Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək.

Namaz qılmaq.

Zəkat vermək.

Ramazan orucunu tutmaq.

Allahın evi - Kəbəni həcc etmək.

2- İmanın əsaslarının zikr olunması. Onların sayı altıdır:

Allaha iman.

Mələklərinə iman.

Kitablarına iman.

Elçilərinə iman.

Axirət gününə iman.

Qədərin xeyrinə və şərinə iman.

3- Ehsanın rükununu say. Ehsanın bir rükunu vardır, bu, sənin, Allaha, Onu görürmüş kimi ibadət etməyindir. Sən Onu görməsəndə, O, səni görür.

4- Qiyamət saatının qopacaq vaxtını Uca Allahdan başqa kimsə bilmir.

Dördüncü hədis: