Sual 9: Qureyş surəsini oxu və onu təfsir et.

Cavab: Qureyş surəsi və onun təfsiri:

«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.

1- «لِإِيلَافِ قُرَيْشٍ» [Li-iləfi qurayş] ﴾Qureyşin birliyi xatirinə,﴿. 2- «إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ» [İləfihim rihlətə-şşitə-i va-ssayf] ﴾Onların qış və yay səfər­lə­rindəki birliyi xatirinə﴿. 3- «فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ» [Fəlyə'budu Rabbə həzə-lbeyt] ﴾Qoy onlar bu Evin Rəb­bi­nə ibadət etsinlər.﴿. 4- «الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ» [Əlləzi ətaməhum min cuin va əmənəhum min xouf](Allah) onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi.﴿. (Qureyş surəsi, ayə: 1-4).

Təfsir:

1- «لِإِيلَافِ قُرَيْشٍ» [Li-iləfi qurayş] ﴾Qureyşin birliyi xatirinə,﴿. Yəni: Bu ayədə qəsd olunan, Qureyşin vərdiş etdiyi qış və yay səfərləridir.

2- «إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ» [İləfihim rihlətə-şşitə-i va-ssayf] ﴾Onların qış və yay səfər­lə­rindəki birliyi xatirinə﴿. Yəni: Əmin-amanlıqla, heç kimsədən qorxmadan, qışda Yəmənə, yayda isə Şama etdikləri səfərlər.

3- «فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ» [Fəlyə'abudu Rabbə həzə-lbeyt]﴾Qoy onlar bu Evin Rəb­bi­nə ibadət etsinlər.﴿. Yəni: Qoy onlar bu səfərləri onlar üçün asanlaşdıran və toxunulmaz evin Rəbbi olan Tək Allaha ibadət etsinlər və heç kəsi Ona şərik qoşmasınlar.

4- «الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ» [Əlləzi ətaməhum min cuin va əmənəhum min xauf](Allah) onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi.﴿. Yəni: Uca Allah digər ərəb qəbilələrinin qəlbinə Kəbə evini və Onun sakinlərini təzim etməyi salaraq, onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.