Cavab: əl-Fil surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ» [Ələm təra keyfə fəalə Rabbukə bi-ashəbi-lfil] ﴾Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?﴿. 2- «أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ» [Ələm yəcəal keydəhum fi tadlil] ﴾Məgər (Rəbbin) onların hiyləsini dolaşığa salmadımı?﴿. 3- «وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ» [Va ərsələ aleyhim tayran əbəbil] ﴾Onların üzərinə qatar-qatar quşlar göndərdi﴿. 4- «تَرْمِيهِمْ بِحِجَارَةٍ مِنْ سِجِّيلٍ» [Tərmihim bihicəratin min siccil] ﴾(O quşlar ki,) onların üstünə (odda bişmiş) bərk gildən daşlar yağdırdı﴿. 5- «فَجَعَلَهُمْ كَعَصْفٍ مَأْكُولٍ» [Fəcəaləhum kəasfin mə'kul] ﴾(Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi﴿. (əl-Fil surəsi, ayə: 1-5).
Təfsir:
1- «أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ» [Ələm təra keyfə fəalə Rabbukə bi-ashəbi-lfil] ﴾Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?﴿. Yəni: Ey Peyğəmbər! Məğər Rəbbinin Əbrəhəyə və onun qoşunu olan fil sahiblərinə, Kəbəni dağıtmaq üçün gəldikləri zaman nələr etdiyini görmədinmi?!
2- «أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ» [Ələm yəcəal keydəhum fi tadli] ﴾Məgər (Rəbbin) onların hiyləsini dolaşığa salmadımı?﴿. Yəni: Allah onların pis tədbirini puça çıxartdı və beləliklə də, onlar nə insanları Kəbədən uzaqlaşdırmaq istəklərinə, nə də ona aid başqa bir şeyə nail oldular.
3- «وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ» [Va ərsələ aleyhim tayran əbəbil] ﴾Onların üzərinə qatar-qatar quşlar göndərdi﴿. Yəni: Onların üstünə dəstə-dəstə quşlar göndərdi.
4- «تَرْمِيهِمْ بِحِجَارَةٍ مِنْ سِجِّيلٍ» [Tərmihim bihicəratin min siccil] ﴾(O quşlar ki,) onların üstünə (odda bişmiş) bərk gildən daşlar yağdırdı﴿. Yəni: O quşlar onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı.
5- «فَجَعَلَهُمْ كَعَصْفٍ مَأْكُولٍ» [Fəcəaləhum kəasfin mekul] ﴾(Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi﴿. Yəni: Allah onları heyvanların yeyib, ayaqları altında tapdaladığı əkin yarpağına döndərdi.