Sual 7: əl-Huməzə surəsini oxu və onu təfsir et.

Cavab: əl-Huməzə surəsi və onun təfsiri:

«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.

1- «وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ» [Vaylul-likulli huməzətin luməzəh] ﴾Hər bir qeybət edənin, tə­nə vura­nın vay halına!﴿. 2- «الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ» [Əlləzi cəməa məələn va addədəh] ﴾O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır﴿. 3- «يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ» [Yəhsəbu ənnə mələhu axlədəh] ﴾və elə güman edir ki, var-dövləti onu əbədi yaşadacaqdır﴿. 4- «كَلَّا لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ» [Kəllə ləyunbəzənnəh fi-lhutaməh] ﴾Xeyr! O, mütləq Hütəməyə atılacaqdır﴿. 5- «وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ» [Vamə ədrakə mə-lhutaməh] ﴾Sən haradan biləsən ki, Hütəmə nədir?﴿. 6- «نَارُ اللَّهِ الْمُوقَدَةُ» [Nəru Allahi-lmuqadəh](Bu,) Allahın qaladığı Oddur﴿. 7- «الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ» [Əlləti tattaliu alə-l-əf-ideh](O Od) ki, (qalxıb) ürəklərə çatacaq﴿. 8- «إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ» [İnnəhə aleyhim musadəh] ﴾Həqiqətən, o (Od) onların üzərində qapanacaqdır﴿. 9- «فِي عَمَدٍ مُمَدَّدَةٍ» [Fi amədin muməddədəh](Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar)﴿. (əl-Huməzə surəsi, ayə: 1-9).

Təfsir:

1- «وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ» [Vaylul-likulli huməzətin luməzəh] ﴾Hər bir qeybət edənin, tə­nə vura­nın vay halına!﴿. Yəni: İnsanların qeybətini edənlərin və onlara tənə vuranların halına vay və şiddətli əzab olsun.

2- «الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ» [Əlləzi cəməa məələn va addədəh] ﴾O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır﴿. Yəni: Onun dərdi-səri yalnız var-dövlət yığıb və onu dönə-dönə saymaqdır. Bundan başqa onun heç bir dərdi-səri yoxdur.

3- «يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ» [Yəhsəbu ənnə mələhu axlədəh] ﴾və elə güman edir ki, var-dövləti onu əbədi yaşadacaqdır﴿. Yəni: O elə güman edir ki, yığdığı var-dövləti onu ölümdən xilas edəcək və o dünya həyatında əbədi yaşayacaqdır.

4- «كَلَّا لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ» [Kəllə ləyunbəzənnəh fi-lhutaməh] ﴾Xeyr! O, mütləq Hütəməyə atılacaqdır﴿. Yəni: Bu iş heç də o cahilin təsəvvür etdiyi kimi deyil. Əlbəttə o, əzabın şiddətindən dolayı içərisinə atılan hər şeyi parçalayıb məhv edən Cəhənnəm oduna atılacaqdır.

5- «وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ» [Vamə ədrakə mə-lhutaməh] ﴾Sən haradan biləsən ki, Hütəmə nədir?﴿. Yəni: Ey Peyğəmbər! İçərisinə atılan hər şeyi parçalayıb məhv edən Cəhənnəm odunun nə olduğunu sən nə bilirsən?!

6- «نَارُ اللَّهِ الْمُوقَدَةُ» [Nəru Allahi-lmuqadəh](Bu,) Allahın qaladığı Oddur﴿. Yəni: O, Allahın, hərarəti şiddətli olan yanar odudur.

7- «الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ» [Əlləti tattaliu aləl-əfidəh](O Od) ki, (qalxıb) ürəklərə çatacaq﴿. Yəni: O Od ki, hərarəti insanların cisimlərini yandırıb, sonra onların ürəklərə çatacaqdır.

8- «إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ» [İnnəhə aleyhim musadəh] ﴾Həqiqətən, o (Od) onların üzərində qapanacaqdır﴿. Yəni: Cəhənnəmin qapıları içərisində əzab olunanların üzünə bağlı olacaqdır.

9- «فِي عَمَدٍ مُمَدَّدَةٍ» [Fi amədin muməddədəh](Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar)﴿. Yəni: Onlar Cəhənnəmdən çıxa bilməsinlər deyə, hündür dirəklərə bağlanmış halda olacaqlar.