Cavab: əl-Asr surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «وَالْعَصْرِ» [Vəl-asr] ﴾And olsun axşam çağına!﴿. 2- «إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ» [İnnə-l-insənə ləfi xusr] ﴾Həqiqətən, insan ziyan içərisindədir﴿. 3- «إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ» [İllə-lləzinə əmənu va amilu-ssalihəti va təvasau bilhaqqi va təvasau bi-ssabr] ﴾Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa!﴿. (əl-Asr surəsi, ayə: 1-3).
Təfsir:
1- «وَالْعَصْرِ» [Val-asr] ﴾And olsun axşam çağına!﴿. Yəni: Uca Allah zamana and içir.
2- «إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ» [İnnə-l-insənə lefi xusr] ﴾Həqiqətən, insan ziyan içərisindədir﴿. Yəni: Bütün insanlar xüsran və həlak içindədir.
3- «إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ» [İllə-lləzine əmənu va amilu-ssalihəti va təvasau bilhaqqi va təvasau bi-ssabr] ﴾Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa!﴿. Yəni: Yalnız iman gətirib saleh əməl edən, bununla yanaşı, digərlərini haqqa və səbrə dəvət edən kimsələrdən başqa. Məhz belə kimsələr xüsrandan və həlakdan nicat tapan kimsələrdir.