Sual 5: ət-Təkasur surəsini oxu və onu təfsir et.

Cavab: ət-Təkasur surəsi və onun təfsiri:

«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.

1- «أَلْهَاكُمُ التَّكَاثُرُ» [Əl-həkumu-ttəkəsur] ﴾Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,﴿. 2- «حَتَّى زُرْتُمُ الْمَقَابِرَ» [Həttə zurtumu-lməkabir](gömülməklə) qəbirləri ziyarət etdiniz﴿. 3- «كَلَّا سَوْفَ تَعْلَمُونَ» [Kəllə soufə tə'ləmun] ﴾Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz!﴿. 4- «ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ» [Summə kəllə soufə tə'ləmun] ﴾Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz!﴿. 5- «كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ» [Kəllə lou tə'ləmunə ilmə-lyəqin] ﴾Xeyr! Kaş ki, yəqin biləydiniz﴿. 6- «لَتَرَوُنَّ الْجَحِيمَ» [Lətəravunnə-lcəhim] ﴾Siz Cəhənnəmi mütləq görəcəksiniz!﴿. 7- «ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ» [Summə lətəravunnəhə aynə-lyəqin] ﴾Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!﴿. 8- «ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ» [Summə lətus-əlunnə youmə-izin ani-nnəaim] ﴾Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız﴿. (ət-Təkasur surəsi, ayə: 1-8).

Təfsir:

1- «أَلْهَاكُمُ التَّكَاثُرُ» [Əl-həkumu-ttəkəsur] ﴾Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,﴿ Yəni: Ey insanlar! Mal-dövlət və övladlarla fəxr etmək sizi Allaha itaət etməkdən yayındırdı.

2- «حَتَّى زُرْتُمُ الْمَقَابِرَ» [Həttə zurtumu-lməkabir](gömülməklə) qəbirləri ziyarət etdiniz﴿. Yəni: Hətta ölüb qəbirlərinizə girənədək, bu hal üzərində davam etdiniz.

3- «كَلَّا سَوْفَ تَعْلَمُونَ» [Kəllə səufə tə'ləmun] ﴾Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz!﴿. Yəni: Siz dünya malı ilə fəxr edib Allahın itaətindən yayınmamalıydınız. Siz bu bihudə məşğuliyyətin pis aqibətini mütləq biləcəksiniz.

4- «ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ» [Summə kəllə soufə tə'ləmun] ﴾Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz!﴿. Yəni: Siz bunun aqibətini mütləq biləcəksiniz.

5- «كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ» [Kəllə ləu tə'ləmunə ilməl-yəqin] ﴾Xeyr! Kaş ki, yəqin biləydiniz﴿. Yəni: Doğrusu, əgər siz dirilib Allahın hüzuruna qayıdacağınızı və Onun sizə əməllərinizin əvəzini verəcəyini yəqin bilsəydiniz, mal-dövlət və oğul-uşaqla fəxr etməklə məşğul olmazdınız.

6- «لَتَرَوُنَّ الْجَحِيمَ» [Lətəravunnəl-cəhim] ﴾Siz Cəhənnəmi mütləq görəcəksiniz!﴿. Yəni: Allaha and olsun ki, Qiyamət günü Cəhənnəmi görəcəksiniz.

7- «ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ» [Summə lətəravunnəhə aynəl-yəqin] ﴾Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!﴿. Yəni: Qiyamət günü Cəhənnəmi yəqinliklə və buna heç bir şübhə olmadan görəcəksiniz.

8- «ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ» [Summə lətus-əlunnə youmə-izin ani-nnəaim] ﴾Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız﴿. Yəni: Sonra, o gün Allah, sizə bəxş etdiyi sağlamlıq, var-dövlət və başqa bu kimi nemətlər barədə sizdən soruşacaqdır.