Cavab: əl-Adiyat surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «وَالْعَادِيَاتِ ضَبْحًا» [Val-adiyəti dabhə] ﴾And olsun tövşüyə-tövşüyə çapanlara!﴿. 2- «فَالْمُورِيَاتِ قَدْحًا» [Fəl-muriyəti qadhə] ﴾And olsun (dırnaqları ilə) qığılcım çıxaranlara!﴿. 3- «فَالْمُغِيرَاتِ صُبْحًا» [Fəl-muğirati subhə] ﴾And olsun sübh çağı həmlə edənlərə ki,﴿. 4- «فَأَثَرْنَ بِهِ نَقْعًا» [Fə-əsərnə bihi nəqaə] ﴾hücuma keçib tozanaq qaldıraraq﴿. 5- «فَوَسَطْنَ بِهِ جَمْعًا» [Fə-vasatnə bihi cəmaə] ﴾qoşunun içərisinə soxulurlar﴿. 6- «إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ» [İnnə-l-insənə lirabbihi ləkənud] ﴾Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur﴿. 7- «وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ» [Va-innəhu alə zəlikə ləşəhid] ﴾Özü də bunun şahididir﴿. 8- «وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ» [Va-innəhu lihubbi-lxayri ləşədid] ﴾Həqiqətən, o, var-dövlətə çox hərisdir﴿. 9- «أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ» [Əfələ yə'ləmu izə bu'sira mə fi-lqubur] ﴾Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı﴿. 10- «وَحُصِّلَ مَا فِي الصُّدُورِ» [Va hussilə mə fi-ssudur] ﴾və kökslərdə olanlar aşkar ediləcəyi zaman﴿. 11- «إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ» [İnnə Rabbəhum bihim youmə-izin ləxabir] ﴾məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?﴿. (əl-Adiyat surəsi, ayə: 1-11).
Təfsir:
1- «وَالْعَادِيَاتِ ضَبْحًا» [Val-adiyəti dabhə] ﴾And olsun tövşüyə-tövşüyə çapanlara!﴿. Yəni: Uca Allah, bərk qaçdıqlarına görə nəfəslərinin səsi eşidilən atlara and içir.
2- «فَالْمُورِيَاتِ قَدْحًا» [Fəl-muriyəti qadhə] ﴾And olsun (dırnaqları ilə) qığılcım çıxaranlara!﴿. Yəni: Uca Allah, həmçinin, dırnaqlarını şiddətlə daşlara vurub qığılcım çıxaran atlara and içir.
3- «فَالْمُغِيرَاتِ صُبْحًا» [Fəl-muğirati subhə] ﴾And olsun sübh çağı həmlə edənlərə ki,﴿. Yəni: Uca Allah, sübh vaxtı düşmənlərə həmlə edən atlara and içir.
4- «فَأَثَرْنَ بِهِ نَقْعًا» [Fə-əsərnə bihi nəqaə] ﴾hücuma keçib tozanaq qaldıraraq﴿. Yəni: Qaçışları ilə tozanaq qaldıran atlara.
5- «فَوَسَطْنَ بِهِ جَمْعًا» [Fə-vasatnə bihi cəma] ﴾qoşunun içərisinə soxulurlar﴿. Yəni: Süvarilərlə birğə düşmən dəstəsinin içərisinə soxulan atlara.
6- «إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ» [İnnə-l-insənə lirabbihi ləkənud] ﴾Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur﴿. Yəni: İnsan, Rəbbi ondan istədiyi xeyrə qarşı çox nankordur.
7- «وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ» [Va-innəhu alə zəlikə ləşəhid] ﴾Özü də bunun şahididir﴿. Yəni: O, özünün xeyirə xəsis olmasına şahiddir. Bunun açıq-aydın bir şey olduğuna görə, bunu heç özüdə inkar edə bilməz.
8- «وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ» [Va-innəhu lihubbi-lxayri ləşədid] ﴾Həqiqətən, o, var-dövlətə çox hərisdir﴿. Yəni: İnsan mal-dövlətə həddən artıq həris olduğu üçün, onu xərcləməyə xəsislik edir.
9- «أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ» [Əfələ yəaləmu izə busira mə fi-lqubur] ﴾Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı﴿. Yəni: Məgər dünya həyatına aldanmış o insan bilmir ki, Allah qəbirlərdəki ölüləri dirildəcəyi və onları haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün qəbirlərindən çıxaracağı zaman, iş heç də onun düşündüyü kimi olmayacaqdır?!
10- «وَحُصِّلَ مَا فِي الصُّدُورِ» [Va hussilə mə fi-ssudur] ﴾və kökslərdə olanlar aşkar ediləcəyi zaman﴿. Yəni: Qəlblərdə olan niyyətlərin, etiqadların və s. bu kimi başqa şeylərin üzə çıxarılıb, bəyan ediləcəyi zaman.
11- «إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ» [İnnə Rabbəhum bihim yəumə-izin ləxabir] ﴾məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?﴿. Yəni: Həmin gün Rəbbi onlara dünyada ikən etdikləri bütün əməllər barədə xəbər verəcək. Qullarının əməllərindən heç bir şey Ona gizli qalmaz. O, hər bir kəsin etdiyi əməlin əvəzini verəcəkdir.