Sual 2: əz-Zəlzələ surəsini oxu və onu təfsir et.

Cavab: əz-Zəlzələ surəsi və onun təfsiri:

«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.

1- «إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا» [İzə zulzilətil-ardu zilzələhə] ﴾Yer titrəyib lərzəyə gələ­cəyi zaman﴿. 2- «وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا» [Va əxracəti-l-ardu əsqaləhə] ﴾Yer öz yükünü bayıra atacağı﴿. 3- «وَقَالَ الْإِنْسَانُ مَا لَهَا» [Va qalə-l-insənu mə ləhə] ﴾və insan: “Ona nə olub?”–deyəcəyi zaman﴿. 4- «يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا» [youmə-izin tuhəddisu axbərahə] ﴾həmin gün yer öz əhvalatlarını da­­nışacaqdır﴿. 5- «بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا» [Bi-ənnə Rabbəkə əuhə ləhə] ﴾Çünki Rəbbin ona vəhy edəcəkdir﴿. 6- «يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُمْ» [Youmə-izin yasduru-nnəsu əştətən liyurau ə'mələhum] ﴾O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər﴿. 7- «فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ» [Fəmən yə'məl misqalə zərratin xayran yarah] ﴾Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır﴿. 8- «وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ» [Vamən yə'məl misqalə zərratin şərran yarah] ﴾Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır﴿. (əz-Zəlzələ surəsi, ayə: 1-8).

Təfsir:

1- «إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا» [İzə zulziləti-l-ardu zilzələhə] ﴾Yer titrəyib lərzəyə gələ­cəyi zaman﴿. Yəni: Qiyamət günü yer üzünün şiddətli bir halda lərzəyə gələ­cəyi zaman.

2- «وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا» [Va əzracəti-l-ardu əzqaləhə] ﴾Yer öz yükünü bayıra atacağı﴿. Yəni: Yer bətnindəki ölüləri və onlardan başqa olan hər bir şeyi çıxardıb bayıra atacağı zaman.

3- «وَقَالَ الْإِنْسَانُ مَا لَهَا» [Va qaləl-insənu mə ləhə] ﴾və insan: “Ona nə olub?”–deyəcəyi zaman﴿. Yəni: İnsan təəccüblə: "Bu yerə nə olub ki, lərzəyə gəlib, sakit dayanmır?"- deyəcəkdir.

4- «يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا» [Yəumə-izin tuhəddisu axbərahə] ﴾həmin gün yer öz əhvalatlarını da­­nışacaqdır﴿. Yəni: O əzəmətli gündə, yer öz üzərində baş vermiş bütün xeyir və şər əməllər barədə xəbər verəcəkdir.

5- «بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا» [Bi-ənnə Rabbəkə əvhə ləhə] ﴾Çünki Rəbbin ona vəhy edəcəkdir!﴿. Yəni: Çünki Allah bunu ona bildirmiş və əmr etmişdir.

6- «يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُمْ» [Yəumə-izin yasduru-nnəsu eştətən liyurav əamələhum] ﴾O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər!﴿. Yəni: Yer lərzəyə gələcəyi o əzəmətli gün insanlar dünyada etdikləri əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə haqq-hesaba çəkiləcəkləri yerə gələcəklər.

7- «فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ» [Fəmən yəaməl misqalə zərratin xayran yarah] ﴾Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır﴿. Yəni: Kim bu dünyada ən kiçik qarışqa boyda xeyir və yaxşı iş etmişdirsə, Qiyamət günü onun mükafatını öz qarşısında görəcəkdir.

8- «وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ» [Vamən yəaməl misqalə zərratin şərran yarah] ﴾Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır﴿. Yəni: Kim bu dünyada ən kiçik qarışqa boyda şər və pis iş etmişdirsə, Qiyamət günü onun cəzasını öz qarşısında görəcəkdir.