Sual 17: ən-Nəs surəsini oxu və onu təfsir et.

Cavab: ən-Nəs surəsi və onun təfsiri:

«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.

1- «قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ» [Qul əuzu birabbi-n-nəs] ﴾De: “Sığınıram insanların Rəbbinə,﴿. 2- «مَلِكِ النَّاسِ» [Məliki-n-nəs] ﴾insanların Hökmdarına,﴿. 3- «إِلَهِ النَّاسِ» [İləhi-n-nəs] ﴾insanların məbuduna!﴿. 4- «مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ» [Min şərri-l-vasvasi-l-xannəs] ﴾Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən﴿. 5- «الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ» [Əlləzi yuvasvisu fi suduri-n-nas](O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır,﴿. 6- «مِنَ الْجِنَّةِ وَالنَّاسِ» [Minə-l-cinnəti va-n-nəs] ﴾cinlərdən də (olur), insanlardan da!﴿. (ən-Nəs surəsi: 1-6).

Təfsir:

1- «قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ» [Qul əuzu birabbi-n-nəs] ﴾De: “Sığınıram insanların Rəbbinə,﴿. Yəni: Ey Peyğəmbər! De: "Pənah aparıram insanların Rəbbinə və Ondan kömək diləyirəm!

2- «مَلِكِ النَّاسِ» [Məliki-n-nəs] ﴾insanların Hökmdarına,﴿. Yəni: İnsanları, Öz istəyinə müvafiq olaraq idərə Edənə və insanların Ondan başqa ixtiyar sahibi olmayana.

3- «إِلَهِ النَّاسِ» [İləhi-n-nəs] ﴾insanların məbuduna!﴿. Yəni: İnsanların haqq olan məbuduna. Çünki insanların Ondan başqa haqq məbudu yoxdur.

4- «مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ» [Min şərri-l-vasvasi-l-xannəs] ﴾Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən﴿. Yəni: İnsanlara vəsvəsəsini verən Şeytanın şərindən.

5- «الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ» [Əlləzi yuvasvisu fi suduri-n-nas](O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır﴿. Yəni: Vəsvəsini insanların qəlblərinə atan şeytanın şərindən.

6- «مِنَ الْجِنَّةِ وَالنَّاسِ» [Minə-l-cinnəti va-n-nəs] ﴾cinlərdən də (olur), insanlardan da!﴿. Yəni: Vəsvəsə verən o şeytan, cinlərdən də olur, insanlardan da.