Sual 16: əl-Fələq surəsini oxu və onu təfsir et.

Cavab: əl-Fələq surəsi və onun təfsiri:

«بسم الله الرحمن الرحيم» [Bismilləhir-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.

1- «قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ» [Qul əuzu birabbi-l-fələq] ﴾De: Sığınıram sübhün Rəb­binə!﴿ 2- «مِنْ شَرِّ مَا خَلَقَ» [Min şərri mə xaləq] ﴾Məxluqatının şərindən﴿ 3- «وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ» [Vamin şərri ğasiqin izə vaqab] ﴾Çökən zülmətin şərindən﴿ 4- «وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ» [Vamin şərri-n-nəffəsəti fi-l-uqad] ﴾Düyünlərə üfürən (cadugər) qa­dın­la­rın şərindən﴿ 5- «وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ» [Vamin şərri həsidin izə həsəd] ﴾Və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!﴿ (əl-Fələq surəsi: 1-5).

Təfsir:

1- «قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ» [Qul əuzu birabbi-l-fələq] ﴾De: “Sığınıram sübhün Rəb­binə!﴿. Yəni: Ey Peyğəmbər! De: "Pənah aparıram sübhün Rəbbinə və Ondan kömək diləyirəm!

2- «مِنْ شَرِّ مَا خَلَقَ» [Min şərri mə xaləq] ﴾Xəlq etdiklərinin şərindən﴿. Yəni: Zərər verən məxluqatının şərindən.

3- «وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ» [Vamin şərri ğasiqin izə vaqab] ﴾Çökən zülmətin şərindən﴿. Yəni: Gecələr zühur edən heyvanlar, oğrular və s. bu kimi zərərli məxluqların şərindən Allaha sığınıram.

4- «وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ» [Vamin şərri-n-nəffəsəti fi-l-uqad] ﴾Düyünlərə üfürən (cadugər) qa­dın­la­rın şərindən﴿. Yəni: Düyünlərə üfürən sehribaz qadınların şərindən Allaha sığınıran.

5- «وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ» [Vamin şərri həsidin izə həsəd] ﴾Və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!﴿. Yəni: Allahın insanlara bəxş etdiyi nemətlərə görə onlara həsəd edib, qəzəblənən, Allahın onlara bəxş etdiyi nemətlərdən məhrum olunmalarını və onların başlarına pis bir şeyin gəlməsini istəyən, paxılların şərindən Allaha sığınıram.