Sual 15: əl-İxlas surəsini oxu və onu təfsir et.

Cavab: əl-İxlas surəsi və onun təfsiri:

«بسم الله الرحمن الرحيم» [Bismilləhir-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.

1- «قُلْ هُوَ اللَّهُ أَحَدٌ» [Qul huvallahu əhəd] ﴾De: “O Allah Təkdir!﴿. 2- «اللَّهُ الصَّمَدُ» [Allahu-s-saməd] ﴾Allah Möhtac deyildir﴿. 3- «لَمْ يَلِدْ وَلَمْ يُولَدْ» [Ləm yəlid valəm yuləd] ﴾O, nə doğub, nə doğulub,﴿. 4- «وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ» [Valəm yəkun ləhu kufuvan əhəd] ﴾Onun bənzəri də yoxdur”﴿. (əl-İxlas surəsi, ayə: 1-4).

Təfsir:

1- «قُلْ هُوَ اللَّهُ أَحَدٌ» [Qul huvallahu əhəd] ﴾De: “O Allah Təkdir!﴿. Yəni: Ey Peyğəmbər! De: O Allah Təkdir və Ondan başda heç bir ilah yoxdur.

2- «اللَّهُ الصَّمَدُ» [Allahus-saməd] ﴾Allah Möhtac deyildir﴿. Yəni: Bütün məxluqatın ehtiyacı Ona tərəf qaldırılır.

3- «لَمْ يَلِدْ وَلَمْ يُولَدْ» [Ləm yəlid valəm yuləd] ﴾O, nə doğub, nə doğulub,﴿. Yəni: Uca Allahın nə övladı, nədə ki, atası vardır.

4- «وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ» [Valəm yəkun ləhu kufuvan əhəd] ﴾Onun bənzəri də yoxdur”﴿. Yəni: Məxluqatından Ona bənzər kimsə yoxdur.