Sual 14: əl-Məsəd surəsini oxu və onu təfsir et.

Cavab: əl-Məsəd surəsi və onun təfsiri:

«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.

1- «تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ» [Təbbət yədə əbi ləhəbin vatəbb] ﴾Əbu Ləhəbin əlləri quru­sun, qu­rudu da!﴿. 2- «مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ» [Mə əğnə anhu məluhu vamə kəsəb] ﴾Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək﴿. 3- «سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ» [Səyaslə nəran zətə ləhəb] ﴾O, alovlanan oda atılacaqdır﴿. 4- «وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ» [Vamraətuhu həmmələtə-l-hətab] ﴾Onun odun şələsi daşıyan arvadı da﴿. 5- «فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ» [Fi cidihə hablun min məsəd] ﴾Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır﴿. (əl-Məsəd surəsi, ayə: 1-5).

Təfsir:

1- «تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ» [Təbbət yədə əbi ləhəbin vatəbb] ﴾Əbu Ləhəbin əlləri quru­sun, qu­rudu da!﴿. Yəni: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisi Əbu Ləhəb bin Abdul-Muttəlibin Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) əziyyət verdiyinə görə səyləri boşa çıxdı və hər iki əli qurudu.

2- «مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ» [Mə əğnə anhu məluhu vamə kəsəb] ﴾Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək﴿. Yəni: Ona topladığı hansı var-dövləti və ya hansı oğul-uşağı fayda verdi? Əksinə, topladığı nə var-dövləti, nədə ki, oğul-uşağı fayda vermədi və bunların heç bir onu Allahın rəhmətinə müvəffəq etmədi.

3- «سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ» [Səyaslə nəran zətə ləhəb] ﴾O, alovlanan oda atılacaqdır﴿. Yəni: O, Qiyamət günü hərarətindən əzab çəkəcək alovlu atəşə girəcəkdir.

4- «وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ» [Vamraətuhu həmmələtə-l-hətab] ﴾Onun odun şələsi daşıyan arvadı da﴿. Yəni: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yolunun üzərinə tikanlar atmaqla Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) əziyyət verən Əbu Ləhəbin arvadı Ummu Cəmil də, əri ilə birgə Cəhənnəm oduna girəcəkdir.

5- «فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ» [Fi cidihə hablun min məsəd] ﴾Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır﴿. Yəni: Arvadı Ummu Cəmilin boynunda xurma liflərindən möhkəm kəndir olacaq və o, həmən kəndirlə Cəhənnəmə sürüklənəcəkdir.