Cavab: ən-Nasr surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ» [İzə cə-ə nasruAllahi val-fəth] ﴾Allahın köməyi və qələbə gəldiyi zaman﴿. 2- «وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا» [Va raəytə-nnəsə yədxulunə fi dinilləhi əfvacə] ﴾insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə﴿. 3- «فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا» [Fəsəbbih bihəmdi Rabbikə vastəğfirhu innəhu kənə təuvvəbə] ﴾həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!﴿. (ən-Nasr surəsi, ayə: 1-3).
Təfsir:
1- «إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ» [İzə cə-ə nasruAllahi val-fəth] ﴾Allahın köməyi və qələbə gəldiyi zaman﴿. Yəni: Ey Peyğəmbər! Sənin dininə Allahın köməyi və izzəti gəldiyi, həmçinin Məkkənin fəthi baş verdiyi zaman,
2- «وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا» [Va raəytə-nnəsə yədxulunə fi dinilləhi əfvacə] ﴾insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə﴿. Yəni: İnsanların dəstə-dəstə İslamı qəbul etdiklərini gördüyün zaman".
3- «فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا» [Fəsəbbih bihəmdi Rabbikə vastəğfirhu innəhu kənə təuvvəbə] ﴾həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!﴿. Yəni: Bil ki, bu sənin göndərildiyin peyğəmbərlik risalətinin sona yetməsinin yaxınlaşdığına işarə edən bir əlamətidir. Elə isə bu qələbəyə və zəfərə şükr edərək, həmd ilə Rəbbinə təriflər et və Ondan bağışlanmanı dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir. O, qullarının tövbəsini qəbul edib onları bağışlayandır.