Sual 12: əl-Kafirun surəsini oxu və onu təfsir et.

Cavab: əl-Kafirun surəsi və onun təfsiri:

«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.

1- «قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ» [Qul yə əyyuhə-l-kəfirun] ﴾De: “Ey kafirlər!﴿. 2- «لَا أَعْبُدُ مَا تَعْبُدُونَ» [Lə ə'budu mə tə'budun] ﴾De: “Ey kafirlər!".Mən sizin ibadət etdik­lə­rinizə iba­dət etmərəm﴿. 3- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ» [Valə əntum abidunə mə ə'bud] ﴾Siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz﴿. 4- «وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ» [Valə ənə abidummə abədtum] ﴾Mən sizin ibadət etdik­lə­rinizə iba­dət edən deyiləm﴿. 5- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ» [Valə əntum abidunə mə ə'bud] ﴾Siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz﴿. 6- «لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ» [Ləkum dinukum valiyə din] ﴾Sizin dininiz sizə, mənim dinim də mənədir!﴿. (əl-Kafirun surəsi, ayə: 1-6).

Təfsir:

1- «قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ» [Qul yə əyyuhə-l-kəfirun] ﴾De: “Ey kafirlər!﴿. Yəni: Ey Peyğəmbər! De: Ey Allaha küfr edən kafirlər!

2- «لَا أَعْبُدُ مَا تَعْبُدُونَ» [Lə ə'budu mə tə'budun] ﴾De: “Ey kafirlər!".Mən sizin ibadət etdik­lə­rinizə iba­dət etmərəm﴿. Yəni: Mən nə indi, nədə ki, gələcəkdə sizin Allahı qoyub ibadət etdiyiniz bütlərə ibadət etmərəm.

3- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ» [Valə əntum abidunə mə ə'bud] ﴾Siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz﴿. Yəni: Siz də mənim ibadət etdiyim, Tək olan Allaha ibadət edən deyilsiniz.

4- «وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ» [Valə ənə abidummə abədtum] ﴾Mən sizin ibadət etdik­lə­rinizə iba­dət edən deyiləm﴿. Yəni: Mən də sizin ibadət etdiyiniz bütlərə ibadət edən deyiləm.

5- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ» [Valə əntum abidunə mə ə'bud] ﴾Siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz﴿. Siz də mənim ibadət etdiyim, Tək olan Allaha ibadət edən deyilsiniz.

6- «لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ» [Ləkum dinukum valiyə din] ﴾Sizin dininiz sizə, mənim dinim də mənədir!﴿. Yəni: Sizin özünüzdən ixtira etdiyiniz dininiz var, mənim də Allahın mənə nazil etdiyi dinim vardır.