Sual 11: əl-Kövsər surəsini oxu və onu təfsir et.

Cavab: əl-Kövsər surəsi və onun təfsiri:

«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.

1- «إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ» [İnnə əataynəkə-l-kəusər] ﴾Həqiqətən, Biz Kovsəri sənə bağışladıq﴿. 2- «فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ» [Fəsalli lirabbikə vanhər] ﴾Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!﴿. 3- «إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ» [İnnə şəni-əkə huva-l-əbtər] ﴾Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur﴿. (əl-Kovsər surəsi, ayə: 1-3).

Təfsir:

1- «إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ» [İnnə əataynəkə-l-kəvsər] ﴾Həqiqətən, Biz Kovsəri sənə bağışladıq﴿. Yəni: Ey Peyğəmbər! Həqiqətən, Biz sənə Cənnətdəki Kövsər irmağı olmaqla bol-bol nemətlər verdik!

2- «فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ» [Fəsalli lirabbikə vanhər] ﴾Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!﴿. Yəni: Bu nemətə görə Allaha şükür et! Sən müşriklərin qurban kəsib öz bütlərinə yaxınlaşması əməlinə müxalif olaraq, yalnız Allah üçün namaz qıl və yalnız Onun üçün qurban kəs!

3- «إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ» [İnnə şəni-əkə huva-l-əbtər] ﴾Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur﴿. Yəni: Doğrusu sənə qəzəb bəsləyən kimsə özü bütün xeyrilərdən məhrum və unudulmuş bir kimsədir. Əgər o, insanlar arasında yad edilərsə, o zaman pisliklərlə yad edilər.