Sual 10: əl-Maun surəsini oxu və onu təfsir et.

Cavab: əl-Maun surəsi və onun təfsiri:

«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.

1- «أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ» [Əra-əytə-llezi yukəzzibu bi-ddin] ﴾Dini yalan sayan o kim­sə­ni gör­dünmü?﴿. 2- «فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ» [Fəzəlikə-lləzi yədu-ul-yətim] ﴾O elə adamdır ki, yetimi qovar﴿. 3- «وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ» [Valə yəhuddu alə təami-lmiskin] ﴾və (heç kəsi) kasıba əl tutmağa sövq etməz.﴿. 4- «فَوَيْلٌ لِلْمُصَلِّينَ» [Fəvaylun lil-musallin] ﴾vay halına namaz qılanların –﴿. 5- «الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ» [Əlləzinə hum an salətihim səhun] ﴾o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar﴿. 6- «الَّذِينَ هُمْ يُرَاءُونَ» [Əlləzinə hum yuraun] ﴾Onlar riyakardırlar﴿. 7- «وَيَمْنَعُونَ الْمَاعُونَ» [Va yəmnəunə-lməun] ﴾və az bir şey verməkdən belə imtina edirlər﴿. (əl-Maun surəsi, ayə: 1-7).

Təfsir:

1- «أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ» [Əra-əytə-llezi yukəzzibu bi-ddin] ﴾Dini yalan sayan o kim­sə­ni gör­dünmü?﴿. Yəni: Qiyamət günü haqq-hesabı yalan sayan o kimsəni tanıdınmı?!

2- «فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ» [Fəzəlikə-lləzi yedu-ul-yətim] ﴾O elə adamdır ki, yetimi qovar﴿. Yəni: O, ehtiyacı olan yetimi şiddətlə qovan kimsədir.

3- «وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ» [Valə yəhuddu alə təami-lmiskin] ﴾və (heç kəsi) kasıba əl tutmağa sövq etməz.﴿. Yəni: O, nə özü fəqiri yedirdər, nə də özgəsini fəqir yedirtməyə təşviq edər.

4- «فَوَيْلٌ لِلْمُصَلِّينَ» [Fəvaylun lil-musallin] ﴾vay halına namaz qılanların –﴿. Yəni: Həlak və əzab olsun o namaz qılanların halına ki,

5- «الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ» [Əlləzinə hum an salətihim səhun] ﴾o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar﴿. Yəni: Onlar öz namazlarından qafildirlər, namazlarına laqeyid yanaşarlar, səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında deyil, əksinə, vaxtı çıxdıqdan sonra qılarlar.

6- «الَّذِينَ هُمْ يُرَاءُونَ» [Əlləzinə hum yuraun] ﴾Onlar riyakardırlar﴿. Yəni: Onlar namazlarını və əməllərini ixlaslı olaraq Allah üçün deyil, insanlar görsün deyə edərlər.

7- «وَيَمْنَعُونَ الْمَاعُونَ» [Va yəmnəunəl-məun] ﴾və az bir şey verməkdən belə imtina edirlər﴿. Yəni: Özləri üçün heç bir zərər və ya əziyyət olmadıqda belə, başqalarına yardım edilməsinə məne olarlar.