Sual 1: əl-Fatihə surəsini oxu və onu təfsir et.

Cavab: əl-Fatihə surəsi və onun təfsiri:

1- «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə!". 2- «الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ» [Əlhəmdu lilləhi Rabbil-aləmin] ﴾Həmd olsun aləmlərin Rəbbi Allaha﴿. 3- «الرَّحْمـنِ الرَّحِيمِ» [ər-Rahmənir-Rahim] ﴾Mərhəmətli və Rəhmliyə﴿. 4- «مَالِكِ يَوْمِ الدِّينِ» [Məliki yəumid-din] ﴾Haqq-hesab gününün Hökmdarına!﴿. 5- «إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ» [İyyəkə nə'budu va iyyəkə nəstəin] ﴾Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik﴿. 6- «اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ» [İhdinəs-siratəl-mustəqim] ﴾Bizi doğru yola yönəlt﴿. 7- «صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ» [Siratal-ləzinə ən-amtə aleyhim ğayril-mağdubi aleyhim vala-ddallin] ﴾nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!﴿. (əl-Fatihə surəsi, ayə: 1-7).

Təfsir:

əl-Fatihə surəsi, Qurani Kərimi açan ilk surə olduğu üçün, bu surəyə əl-Fatihə surəsi adı verilmişdir.

1- «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə". Yəni: Uca Allahın adını çəkərək, Ondan yardım diləyərək, Allahın adını zikr edərək və Ondan xeyir-bərəkət umaraq Qurani Kərimi oxumağa başlayıram.

﴾الله﴿ "Allah". Yəni: İbadət olunmağa haqlı olan. Bu ad, Pak Olan Allahından başqası bu ad ilə adlandırılmaz.

﴾الرَّحْمَن﴿ "ər-Rahmən". Yəni: Rəhməti hər bir şeyi əhatə edən, geniş rəhmət və mərhəmət sahibi.

﴾الرَّحِيم﴿ "ər-Rahim". Yəni: Möminlərə qarşı rəhimli və mərhəmətli olan.

2- «الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ» [Əlhəmdu lilləhi Rabbil-aləmin] ﴾Həmd olsun aləmlərin Rəbbi Allaha﴿. Yəni: Bütün təriflər, həmd-sənalar və bütün kamillik sifətləri yalnız Uca Allaha məxsusdur.

3- «الرَّحْمـنِ الرَّحِيمِ» [ər-Rahmənir-Rahim] ﴾Mərhəmətli və Rəhmliyə﴿. Yəni: Rəhməti hər bir şeyi əhatə edən geniş rəhmət və mərhəmət sahibidir. Mömin qullarına isə rəhimli və mərhəmətli olandır.

4- «مَالِكِ يَوْمِ الدِّينِ» [Məliki yəvmid-din] ﴾Haqq-hesab gününün Hökmdarına!﴿. Yəni: O gün, Qiyamət günüdür.

5- «إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ» [İyyəkə nəabudu va iyyəkə nəstəin] ﴾Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik!﴿. Yəni: İbadətin bütün növlərini yalnız tək Sənə edirik, hər bir işimizdə də, tək Səndən yardım diləyirik.

6- «اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ» [İhdinəs-siratəl-mustəqim] ﴾Bizi doğru yola yönəlt﴿. Yəni: Bu yol - İslama və Sünnətə yönəldən yoldur.

7- «صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ» [Siratal-ləzinə ən-amtə aleyhim ğayril-mağdubi aleyhim vala-ddallin] ﴾nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!﴿. Yəni: Bizi, yəhudi və nəsranilərin yoluna deyil, əksinə, Peyğəmbərlərin və onların ardınca gedən Allahın saleh qullarının yoluna yönəlt.

əl-Fatihə surəsini oxuyub qurtardıqdan sonra «آمين» [Amin]. Yəni: Allahım, dualarımıza cavab ver! - demək sünnətdir.