Cavab: Uca Allahın bu sözləri: 1. ﴾ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ﴿ [İqra bi-ismi Rabbikəl-ləzi xaləq] "Yaradan Rəbbinin adı ilə oxu!". 2 ﴾خَلَقَ ٱلۡإِنسَـنَ مِنۡ عَلَقٍ﴿ [Xaləqa-l-insənə min aləq] "O, insanı qan laxtasından yaratdı". 3 ﴾ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ﴿ [İqra va Rabbukə-l-Əkram] "Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir." 4 ﴾ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ﴿ [Əlləzi alləmə bil-qaləm] "O, qələmlə (yazmağı) öyrətdi". 5 ﴾عَلَّمَ ٱلۡإِنسَـنَ مَا لَمۡ يَعۡلَمۡ﴿ [Alləmə-l-insənə mə ləm ya'ləm] "İnsana bilmədiklərini öyrətdi". (əl-Aləq surəsi: ayə: 1-5).