Cavab: Qureyş qəbiləsi Kəbəni Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) otuz beş yaşı olarkən yenidən inşa etmişdir.
Qureyş qəbiləsi Kəbəni yenidən inşa etdikdən sonra öz aralarında hansı qəbilənin "əl-Həcərul-Əsvəd" daşını Kəbədəki yerinə qoyacağı barədə ixtilaf etdilər və nəhayət aralarında Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu iş barəsində hökm vermələrinə razı oldular. Peyğəmbərimiz də (Allahın salavatı və salamı onun üzərinə olsun) "əl-Həcərul-Əsvəd" daşını bir paltar içərisinə qoyub, hər bir qəbiləyə o paltarın bir tərəfindən qaldırıb, Kəbədəki yerinə yaxınlaşdırmağı əmr etdi. Onlar o zaman dörd qəbilədən idarət idilər. Onlar "əl-Həcərul-Əsvəd" daşını qaldırıb Kəbədəki yerinə yaxınlaşdırdıqları zaman Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) öz şərəfli əlləri ilə "əl-Həcərul-Əsvəd" daşını paltardan götürüb Kəbədəki yerinə qoydu.