Cavab: Əgər insan dəstəmaz alarkən, dəstəmazın sünnətlərini edərsə, əlavə savab qazanar, əgər bu sünnətləri tərk edərsə, günah qazanmaz və dəstəmazı da doğru sayılar. Dəstəmazın sünnətlərinin sayı səkkizdir. Bunlar aşağıdakılardır:
1- Dəstəmaza başlamazdan öncə bəsmələ - "Bismilləh" demək.
2- Misvakdan istifadə etmək.
3- Əlləri biləklərə qədər yumaq.
4- Barmaqların arasını yumaq.
5- Dəstəmaz əzalarını iki və ya üç dəfə yumaq.
6- Dəstəmaz alarkən sağdan başlamaq.
7- Dəstəmazdan sonra zikr etmək: [Əşhədu ən lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu] «Mən şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O təkdir. Onun şəriki yoxdur. Həmçinin şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!».
8- Bundan sonra iki rükət namaz qılmaq.