Cavab: Dəstəmazın fərzləri o əməllərdir ki, müsəlman onlardan hər hansı biri tərk edilərsə, onun dəstəmazı səhih sayılmaz.
1- Ağız və burun daxil olmaqla üzü yumaq.
2- Əlləri dirsəklərə qədər(dirsəklər daxil olmaqla) yumaq.
3- Qulaqlar daxil olmaqla başa məsh çəkmək.
4- Ayaqları topuqlara qədər yumaq.
5- Bu əzaları tərtiblə yumaq. Yəni: Dəstəmaz alarkən birinci üz, sonra əllər, sonra başa məsh çəkmək, daha sonra isə ayaqlar yuyulmalıdır.
6- Ardıcıllıq. Yəni: Dəstəmaz alarkən fasilə vermədən, əzalardan dəstəmazın suyu qurumazdan öncə dəstəmaz əzalarını yuyub qurtarmaq.
Məsələn: Əgər dəstəmazı yarıya qədər alıb, qalan yarısını isə başqa vaxt alarsa, bu zaman dəstəmaz səhih sayılmaz.