Cavab: Həcc - məlum ayinləri yerinə yetirmək üçün və həcc üçün təyin olunan vaxtda Allaha ibadət məqsədi ilə Məkkeyi-Mükərrəmədə yerləşən Allahın evi Kəbəni ziyarət etməkdir.
Uca Allah buyurur: ﴾Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.﴿. (Ali-İmran surəsi, ayə: 97).