Cavab: Oruc - Allaha ibadət niyyətilə sübh namazının girən vaxtından, günəş batana qədər yeməkdən, içməkdən və s. orucu batil edən amillərdən imtina etməkdir. Oruc iki növdən ibrətdir:
Vacib olan oruc. Məsələn: Ramazan ayının orucu. Bu oruc, İslamın ərkanlarından biridir.
Uca Allah buyurur: ﴾Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz﴿. (əl-Bəqərə surəsi, ayə: 183).
Vacib olmayan oruc. Məsələn: Hər həftənin birinci və dördüncü günü oruc tutmaq. Hər ayda üç gün oruc tutmaq. Ən əfzəli isə hər qəməri ayının (13, 14, 15) oruc tutmaqdır.