Sual 35: Zəkatın tərifi nədir?

Cavab: Zəkat: cəmiyyətdə xüsusi insanlara, xüsusi maldan və xüsusi vaxtda verilməsi vacib sayılan bir haqdır.

Zəkat İslamın rükunlarından biridir və zənginlərdən alınıb, yoxsullara verilən vacib bir sədəqədir.

Uca Allah buyurur: ﴾... zəkat verin ...﴿. (əl-Bəqərə surəsi, ayə: 43)