Cavab: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Müsəlman (yaxud mömin) bir bəndə dəstəmaz aldığı zaman üzünü yuduqda, gözləri ilə gördüyü hər bir günah su ilə, (yaxud suyun son damlasıyla) bərabər üzündən çıxar. Əllərini yuduqda, əlləri ilə etdiyi hər bir günah su ilə, (yaxud suyun son damlasıyla) bərabər əllərindən çıxar. Ayaqlarını yuduqda, ayaqları ilə getdiyi hər bir günah su ilə, (yaxud suyun son damlasıyla) bərabər ayaqlarından çıxar. Nəhayət, o bəndə günahlardan təmizlənmiş halda çıxar". Bu hədisi Müslim rəvayət etmişdir.