Cavab: Cümə günü. Bu barədə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Şübhəsiz ki, cümə günü sizin ən fəzilətli günlərinizdəndir. Adəm o gündə yaradılmış və ruhu o gündə alınmışdır. Sura üfürülmə və insanların (dəhşətli səsin qorxusundan) bayılması o gündə olacaqdır. Cümə günü mənə çox-çox salavat gətirin, çünki sizin salavatınız mənə arz olunur". Səhabələr: Ey Allahın Elçisi, cəsədin çürüdüyü halda salavatımız sənə necə ərz oluna bilər? - deyə sual verdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) də onlara belə cavab verdi: "İzzət və Cəlal sahibi Olan Allah Peyğəmbərlərin cəsədlərini torpağa haram etdi (torpaq onların cəsədini yeməz)". Hədisi Əbu Davud və başqaları rəvayət etmişdir.