Sual 26: Salam verib namazı bitirdikdən sonra hansı zikrlər deyirsən?

Cavab: Üç dəfə «أَسْـتَغْفِرُ الله» [Əstəğfirul-lah] "Allahdan bağışlanma diləyirəm!".

- «اللّهُـمَّ أَنْـتَ السَّلامُ، وَمِـنْكَ السَّلام، تَبارَكْتَ يا ذا الجَـلالِ وَالإِكْـرام» [Allahummə ən­tə-s-sələmu va minkə-s-sələmu, təbəraktə yə zə-l-cələli va-l-ikram] "Allahım! Salam Sənsən və əmin-aman­lıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan".

- «لا إلهَ إلاّ اللّهُ وحدَهُ لا شريكَ لهُ، لهُ المُـلْكُ ولهُ الحَمْد، وهوَ على كلّ شَيءٍ قَدير، اللّهُـمَّ لا مانِعَ لِما أَعْطَـيْت، وَلا مُعْطِـيَ لِما مَنَـعْت، وَلا يَنْفَـعُ ذا الجَـدِّ مِنْـكَ الجَـد» [Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləh. Ləhu-l-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə mənia limə ə'taytə va lə mu'tiyə limə məna'tə va lə yənfəu zə-l-cəddi minkə-l-cəddu] "Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hör­məti fayda ver­məz".

- «لا إلهَ إلاّ الله، وحدَهُ لا شريكَ لهُ، لهُ الملكُ ولهُ الحَمد، وهوَ على كلّ شيءٍ قدير، لا حَـوْلَ وَلا قـوَّةَ إِلاّ بِاللهِ، لا إلهَ إلاّ الله، وَلا نَعْـبُـدُ إِلاّ إيّـاه، لَهُ النِّعْـمَةُ وَلَهُ الفَضْل وَلَهُ الثَّـناءُ الحَـسَن، لا إلهَ إلاّ الله مخْلِصـينَ لَـهُ الدِّينَ وَلَوْ كَـرِهَ الكـافِرون».

[Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləhu. Ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir. Lə havlə va lə quvvatə illə billəhi. Lə iləhə illə-l-lahu, va lə nə'budu illə iyyəh. Ləhu-n-ni'mətu va lə­hu-l-fədlu va ləhu-s-sənəu-l-həsənu. Lə iləhə illə-l-lahu muxlisınə ləhu-d-dinə va lov kəri­hə-l-kəfirun] "Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadir! Allahdan başqa mə­bud yoxdur. Biz yalnız Ona ibadət edirik. Nemət Onun­dur, lütf Onundur və gözəl tərif Onadır. Allahdan başqa məbud yoxdur. Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edi­rik!".

Otuz üç dəfə «سُـبْحانَ اللهِ» [Subhənə-l-lah] "Allah pak və müqəddəsdir".

Otuz üç dəfə «الحَمْـدُ لله» [Əl-həmdu lilləh] "Həmd Allahadır".

Otuz üç dəfə «اللهُ أكْـبَر» [Allahu Əkbər] "Allah Böyükdür".

Yüzün tamamında isə belə deyir: - «لا إله إلا الله وحده لا شريك له، له الملك وله الحمد، وهو على كل شيء قدير» [Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləh. Ləhu-l-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir] "Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!".

Fəcr və məğrib namazdan sonra üç dəfə, zöhr, əsr və işa namazlarından sonra isə bir dəfə əl-İxlas, əl-Fələq və ən-Nas surələrini oxuyur.

Sonra isə bir dəfə "Ayətul-kursi" ayəsi­ni oxuyur.