Cavab: Namazın qılınma qaydası.
1- Sağa, sola və ya arxaya çevrilmədən, bütün bədəni ilə qibləyə tərəf yönəlmək.
2- Sonra qılmaq istədiyi namaz üçün dil ilə deyil, qəlbi ilə niyyət etməlidir.
3- Sonra təkbiratu-l-ehram edərək (الله أكبر) "Allahu Əkbər" deyib, əllərini çiyinləri bərabərində qaldırmalıdır.
4- Sonra sağ əlini sol əlinin üstünə qoyaraq, sinəsinin üzərində tutmalıdır.
5- Sonra İstiftəh duasını oxuyaraq deyir: «اللهم باعد بيني وبين خطاياي كما باعدت بين المشرق والمغرب، اللهم نقني من خطاياي كما يُنقى الثوب الأبيض من الدنس، اللهم اغسلني من خطاياي بالماء والثلج والبرد» [Allahummə bəid beyni va beynə xatayəyə kəmə bəadtə beynə-l-məşriqi va-l-məğribi, Allahummə nəqqini min xatayəyə kəmə yunəqqa-s-saubul-əbyədu minə-d-dənəsi. Allahummə-ğ-silni min xatayəyə bi-s-səlci va-l-məi va-l-bəradi] "Allahım! Məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım! Ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım! Mənim günahlarımı qar, su və dolu ilə yu!".
Yaxud da: «سبحانك اللهم وبحمدك، وتبارك اسمك، وتَعَالَىٰ جدك، ولا إله غيرك» [Subhənəkə Allahummə va bihəmdikə va təbarəkə-s-mukə və təalə cəddukə va lə iləhə ğayrukə] "Pak və müqəddəs(nöqsansız) və Həmd sahibi olan Allahım! Adın mübarək, və əzəmətin ucadır, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur!".
6- Sonra Şeytanın şərindən Allaha sığınaraq belə deyir: «أعوذ بالله من الشيطان الرجيم» [Əuzu billəhi minəş-şeytanir-racim] "Lənətlənmiş şeytandan Allaha sığınıram!". 7- Sonra «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə" deyərək əl-Fatihə surəsini oxuyur: 1- «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə﴿. 2- «الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ» [Əlhəmdu lilləhi Rabbil-aləmin] ﴾Həmd olsun aləmlərin Rəbbi Allaha,﴿. 3- «الرَّحْمـنِ الرَّحِيمِ» [ər-Rahmənir-Rahim] ﴾Mərhəmətli və Rəhmliyə,﴿. 4- «مَالِكِ يَوْمِ الدِّينِ» [Məliki yəumid-din] ﴾Haqq-hesab gününün Hökmdarına!﴿. 5- «يَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ» [İyyəkə nə'budu va iyyəkə nəstəin] ﴾Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.﴿. 6- «اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ» [İhdinəs-siratəl-mustəqim] ﴾Bizi doğru yola yönəlt –﴿. 7- «صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ» [Siratal-ləzinə ən-amtə aleyhim ğayril-mağdubi aleyhim vala-ddallin] ﴾nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!﴿. (əl-Fatihə surəsi, ayə: 1-7).
əl-Fatihə surəsini oxuyub qurtardıqdan sonra «آمين» [Amin]. Yəni: Allahım cavab ver!- deyir.
8- Sonra Qurandan müyəssər olanı oxuyur. Fəcr namazının qiraətini isə uzun edir.
9- Sonra rüku edir. Yəni: Uca Allaha təzim əlaməti olaraq belini Allah üçün əyir. Rüku edərkən təkbir edib, (الله أكبر) "Allahu Əkbər" deyib, əllərini çiyinləri bərabərində qaldırmalıdır. Bu vəziyyətdə oldarkən, iki əlin barmaqlarını aralayıb dizləri üzərinə qoymaq, rüku halında başı və beli bir səviyyədə düz tutmaq sünnədir.
10- Rükuda üç dəfə: «سبحان ربي العظيم» [Subhənə rabbiyəl-azim], "Böyük Rəbbim pak və müqəddəsdir!" - zikrini deməlidir. Bu zikri dedikdən sonra «سبحانك اللهم ربنا وبحمدك، اللهم اغفر لي» [Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Allahumməğ-firli], "Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sənə həmd olsun. Allahım, məni bağışla!"- zikrini deməsi yaxşıdır.
11- Sonra «سمع الله لمن حمده» [Səmi Allahu limən həmidəh] "Allah Ona həmd edəni eşitdi!" - zikrini deyərək başını rükudan qaldırır. Bu zaman əllərini çiyinləri bərabərində qaldırmalıdır. İmamın arxasında namaz qılan kimsə isə [Səmi Allahu limən həmidəh] zikrini demir, o, bu zikrin əvəzinə «ربنا ولك الحمد» [Rabbənə və ləkəl-həmd] "Ey Rəbbimiz! Sənə həmd olsun!"- zikrini deməlidir.
12- Rükudan qalxıb belini düz tutduqdan sonra «ربنا ولك الحمد، ملء السماوات والأرض، وملء ما شئت من شيء بعد» [Rabbənə va ləkəl-həmd. Miləs-səməvati va miləl-ardi va milə mə şitə min şeyin bə'du] "Ey Rəbbimiz! Sənə həmd olsun. Göylər dolusu, yer dolusu və bundan sonra dilədiyin şeylər dolusu (Sənə həmd olsun)"- zikrini deməlidir.
13- Sonra (الله أكبر) "Allahu Əkbər" deyərək birinci səcdəni etməlidir. Səcdə yeddi əza üzərində edilməlidir. Bu əzalar aşağıdakılardır: Alın, burun, iki əl, iki diz, ayaq barmaqlarının ucları. Səcdə edərkən qollarını yanından ayırmalı, dirsəklərini yerə sərməməli və barmaqlarının ön hissələrini qibləyə tərəf yönəltməlidir.
14- Səcdədə üç dəfə: «سبحان ربي الأعلى» [Subhənə Rabbiyəl-Əla] "Ən Uca Rəbbim pak və müqəddəsdir!" - zikrini deməlidir. Bu zikri dedikdən sonra «سبحانك اللهم ربنا وبحمدك، اللهم اغفر لي» [Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Allahumməğ-firli], "Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sənə həmd olsun. Allahım, məni bağışla!"- zikrini deməsi yaxşıdır.
15- Sonra (الله أكبر) "Allahu Əkbər" deyərək başını səcdədən qaldırır.
16- Sonra iki səcdə arasında sol ayağı üzərində oturur, sağ ayağını düz tutur, sağ əlini sağ budunun dizinə yaxın məsafədə qoyur, adsız və çeçələ barmağını qatlayıb, şəhadət barmağını dua etdikdə qaldırır və hərəkət etdirir, baş barmaqla orta barmağını dairəvi halda saxlayıb və sol əlinin barmaqlarının arasını aralı qoyaraq sol budunun dizinə yaxın məsafədə tutmalıdır.
17- Və iki səcdə arasında oturaraq belə deyir: «رب اغفر لي، وارحمني، واهدني، وارزقني، واجبرني، وعافني» [Rabbiğ-fir li, var-həmni, vahdini, var-zuqni, vac-burni, va afini] "Rəbbim, məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə ruzi yetir, mənə lütf et və mənə salamatlıq ver!".
18- Sonra birinci səcdəni etdiyi kimi ikinci səcdəni də edir, birinci səcdədə dediyi zikrləri və etdiyi hərəkətləri eyni ilə ikinci səcdədə də təkrar edir və səcdə etdikdə təkbir yəni "Allahu Əkbər"- deyir.
19- Sonra "Allahu Əkbər" deyərək, ikinci rükətdən ayağa qalxır. İkinci rükəti də birinci rükəti qıldığı kimi qılır. İstiftah (açılış) duası müstəsna olmaqla, birinci rükətdə dediyi zikrləri və etdiyi hərəkətləri eyni ilə ikinci rükətdə də təkrar edir.
20- İkinci rükəti qurtardıqdan sonra "Allahu Əkbər" deyərək, iki səcdə arasında oturduğu kimi təşəhhüd duasını oxumaq üçün oturur.
21- Bu oturuşda təşəhhüd duasını oxuyaraq belə deyir: «التحيات لله والصلوات والطيبات، السلام عليك أيها النبي ورحمة الله وبركاته، السلام علينا وعلى عباد الله الصالحين، أشهد أن لا إله إلا الله، وأشهد أن محمداً عبده ورسوله، اللهم صلِّ على محمد وعلى آل محمد، كما صليت على إبراهيم وعلى آل إبراهيم، إنك حميد مجيد، وبارك على محمد وعلى آل محمد، كما باركت على إبراهيم وعلى آل إبراهيم، إنك حميد مجيد» [ət Təhiyyətu lilləhi, va-s-saləvatu, va-t-tayyibətu, əs Sələmu aleykə əyyuhə-n-nəbiyyu va rahmətullahi va bərakətuhu, əsSələmu aleynə va alə ibədi-l-ləhi-s-Salihin. Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu. Allahummə salli alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə salleytə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid. Allahummə bərik alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə bəraktə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid] "Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (olsun)! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!". «أعوذ بالله من عذاب جهنم، ومن عذاب القبر، ومن فتنة المحيا والممات، ومن فتنة المسيح الدجال» [Əuzu biLləhi min əzabi Cəhənnəmə va min əzabil-qabri va min fitnətil-məhyə val-məmati va min şərri fitnətil-məsihid-dəccal] "Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən, məsih dəccalın fitnəsinin şərindən Allaha pənah aparıram!". Sonra Rəbbindən dilədiyi dünya və axirət xeyirlərini istəyərək dua edir.
22- Sonra sağ və sol tərəfə «السَّلام عليكم ورحمة الله» [əs-Sələmu aleykum va rahmatullah] "Allahın salamı və rəhməti sizin üzərinizə olsun" deyərək salam verib namazı sona çatdırır.
23- Əgər namaz üç və ya dörd rükətli namazdırsa, birinci təşəhhüdü «أشهد أن لا إله إلا الله، وأشهد أن محمداً عبده ورسوله» [Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu] "Mən şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir"- hissəsinə qədər oxumalıdır.
24- Sonra "Allahu Əkbər" deyərək qiyama qalxır. Bu zaman əllərini çiyinləri bərabərində qaldırmalıdır.
25- Sonra namazının qalan hissəsini isə ikinci rükəti qıldığı kimi qılmalıdır. Lakin üçüncü və dördüncü rükətlərdə əl-Fatihə surəsindən sonra heç bir surə oxumur.
26- Sonra Təvərrük oturuşu oturaraq, sağ ayağını düz tutur, sol ayağını isə sağ baldırının altından kənara çıxararaq, sol ombası üstündə oturur, birinci təşəhhüddə oturduğu kimi iki əlini, iki budunun üstünə qoyur.
27- Bu oturuşda isə təşəhhüd duasını axıra qədər oxuyur.
28- Sonra sağ və sol tərəfə «السَّلام عليكم ورحمة الله» [əs-Sələmu aleykum va rahmatullah] "Allahın salamı və rəhməti sizin üzərinizə olsun" deyərək salam verib namazı sona çatdırır.