Cavab: Namazın on bir sünnəti var. Bunlar aşağıdakılardır:
1- Təkbiratu-l-ehram etdikdən sonra «سبحانك اللهم وبحمدك، وتبارك اسمك، وتَعَالَىٰ جدك، ولا إله غيرك» [Subhənəkə Allahummə va bihəmdikə va təbarəkə-s-mukə və təalə cəddukə va lə iləhə ğayrukə] "Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa məbud yoxdur!" - zikrini demək. Bu duaya "İstiftah" (açılış) duası deyilir.
2- əl-Fatihə surəsini oxumazdan əvvəl «أعوذ بالله من الشيطان الرجيم» [Əuzu billəhi minəş-şeytanir-racim] "Lənətlənmiş şeytandan Allaha sığınıram!" - zikrini demək.
3- «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə" ayəsini oxumaq.
4- əl-Fatihə surəsini oxuduqdan sonra "Amin" demək.
5- əl-Fatihə surəsini oxuyub qurtardıqdan sonra hər hansı bir surəni oxumaq.
6- İmamın qiraəti səslə oxuması.
7- Rükudan qaxıb «ربنا ولك الحمد» [Rabbənə va ləkə-l-həmd], "Ey Rəbbimiz! Sənə həmd olsun" - zikrini dedikdən sonra «ملء السَّمٰوات وملء الأرض، وملء ما شئت من شيء بعد» [Milə-s-səməvati va milə-l-ardi va milə mə şi'tə min şeyin bədu] "Göylər dolusu, yer dolusu və bundan sonra dilədiyin şeylər dolusu (Sənə həmd olsun)".
8- Rükuda bir dəfədən artıq zikr etmək. Yəni: Rükuda iki, üç və yaxud daha çox sayda zikr etmək.
9- Səcdədə bir dəfədən artıq zikr etmək.
10- İki səcdə arasında bir dəfədən artıq: «رب اغفر لي» [Rabbi-ğ-fir li] "Rəbbim, məni bağışla!" - zikrini demək.
11- Axırıncı təşəhhüddə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) və Onun ailəsinə salavat və xeyir dua etmək və ondan sonra dua etmək.
Hərəkətlə olan sünnətlər. Buna namazın zahiri görnüşüdə deyilir. Bunlar aşağıdakılardır:
1- Əlləri təkbiratu-l-ehramda qaldırmaq.
2- Əlləri rüku etdikdə qaldırmaq.
3- Əlləri rükudan qalxdıqda qaldırmaq.
4- Rükudan qalxdıqdan sonra əlləri aşağı salmaq.
5- Sağ əli sol əlin üzərinə qoymaq.
6- Səcdə yerinə baxmaq.
7- Qiyamda olan zaman iki ayaqların arasını ayırmaq.
8- Rükuda olduqda iki əlin barmaqlarını aralayıb dizləri əllər ilə tutmaq, rüku halında başı və beli bir səviyyədə düz tutmaq.
9- Səcdə əzalarını yerə birləşdirmək.
10- Qollarını yanından, qarnını budlardan, budları baldırlardan, baldırlar dizlərindən aralı tutmaq. Səcdədə olarkən ayaqları dik tutmaq, ayaq barmaqlarını yerə birləşdirərək, barmaqların arasını açıq saxlamaq və əllərini çiyinləri bərabərinə qoyub, barmaqların arasını aralı və qibləyə tərəf düz tutaraq saxlamaq.
11- İki səcdə arasında və birinci təşəhhüddə, sol ayağı yerə sərərək onun üzərində oturmaq, sağ ayağı isə dik tutub, qibləyə tərəf yönəldilmiş halda sol ayağı üstündə oturmaq. Axırıncı təşəhhüddə isə sağ ayağını dik tutub, barmaqlarını isə qibləyə yönəldilmiş halda saxlayaraq, sol ayağını sağ tərəfindən çıxarıb, sol ombasının üzərində oturmaq.
12- İki səcdə arasında və həmçinin təşəhhüd duasını oxuduqda əlləri, barmaqların arasını aralı və qibləyə tərəf düz tutaraq saxlamaq, təşəhhüd duasını oxuduqda isə adsız və çeçələ barmağını qatlayıb baş barmaqla orta barmağını dairəvi halqa halında saxlayıb, Allahı zikr etdikdə şəhadət barmağı ilə işarə etmək.
13- Salam verdikdə üzü sağ və sol tərəfə çevirmək.