Cavab: Namazın on dörd rükunu vardır. Bunlar aşağıdakılardır:
1- Ayaq üstə dayanmağa qadir olan insanın namazda ayaq üstə durması.
2- Təkbiratu-l-ehram. Yəni, namazın əvvəlində: «الله أكبر» "Allahu Əkbər" demək.
3- əl-Fatihə surəsini oxumaq.
4- Rüku etmək. Rüku edərkən bel düz tutulmalı və baş isə bel ilə bərabər səviyyədə edilməlidir.
5- Rükudan qalxmaq.
6- Rükudan qalxdıqdan sonra beli düz tutmaq.
7- Səcdə etmək. Səcdə edərkən alnı, burnu, iki ovucu, iki dizləri və iki ayağın barmaqlarını yerə birləşdirmək.
8- Səcdədən qalxmaq.
9- İki səcdə arasında oturmaq.
Bu halda sünnət, sol ayağı yerə qoyaraq onun üzərində oturmaq, sağ ayağı isə dik tutub, qibləyə tərəf yönəltməkdir.
10- Arxayınlıqla etmək. Bu, hər bir feli rüknu icra edərkən tələsmədən sakit halda yerinə yetirməkdir.
11- Axırıncı təşəhhüd duasını oxumaq.
12- Axırıncı təşəhhüd duası üçün oturmaq.
13- Sağ və sol tərəfə "əs-Sələmu aleykum va rahmatullah" deyərək salam vermək.
14- Bu rüknların hamısı tərtiblə, yəni, bir-birinin ardınca-yuxarıda qeyd etdiyimiz kimi etmək. Əgər qəsdən rüku etməzdən öncə səcdə edərsə, həmən rükət batil olar. Əgər səhvən edərsə, bu zaman qalxıb rükü etməli, sonra isə səcdə etməlidir.