Cavab:
1- Böyük nifaq: küfrü gizlədib, imanı göstərməkdir.
Nifaqın bu növü insanı İslamdan xaric edir və bu növ nifaq, böyük küfrdür.
Uca Allah buyurur: ﴾Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən﴿. (ən-Nisa surəsi, ayə: 145).
2- Kiçik nifaq:
Buna misal: Yalan danışmaq, verilən vədə xilaf çıxmaq və əmanətə xəyanət etmək.
Nifaqın bu növü insanı İslamdan xaric etmir, lakin bunu edən insan günah qazanır və o, əzab olunmağa layiqdir.
Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Münafiqin əlaməti üçdür: Danışdığı zaman yalan danışar. Vəd verdiyi zaman vədinə xilaf çıxar. Ona əmanət edildiyi zaman əmanətə xəyanət edər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.